Maqazin 22:14 19.07.2015

Ronaldo hansı aktrisaya vurulub? - FOTOLAR

Kriştiano Ronaldonun adı İrina Şeykdən ayrıldıqdan sonra bir çoх gözəllə birlikdə çəkilib. Fanat.az хəbər verir ki, bu günlərdə "Real"ın ulduzu ilə bağlı yeni iddia ortaya atılıb.

İddialara görə, Ronaldo məşhur aktrisa Marqot Robbiyə vurulub. Portuqaliyalı ulduzun aktrisanın "Instagram" hesabında 4 fotosunu birdən bəyənməsi şübhələri daha da artırıb.

Qeyd edək ki, 24 yaşlı avstraliyalı aktirisa 2008-ci ildən bəri bir çoх filmdə rol alıb. O, ən çoх 2011-ci ildə ABC telekanalında yayımlanan PanAm serialındakı Laura Kameron rolu ilə tanınıb. 

Qaynar.info