İdman 14:05 08.04.2018

Ronaldo həbs oluna bilər

İspaniya Vergilər İdarəsi Kriştiano Ronaldonun günahını etiraf edəcəyi və sanksiyaları qəbul edəcəyi barəsindəki maliyyə cinayəti ilə bağlı dosyanın birini qapadacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb.

Xəbərdə iddia edilir ki, Ronaldo bunun üçün qısamüddətli həbs cəzasını qəbul etməli və 10 milyon avro cərimə ödəməyə razılıq verməlidi. 

Digər ssenari isə Ronaldonun 3 vergi cinayətini qəbul etməsi və 6 milyon 250 min avro cəriməni ödəməsi halında haqqındakı istintaq tamamilə qapadılacaq.

Xəbərdəki ən pis ssenari isə "Real"ın ulduz futğbolçusunun 30 milyon avro cərimə ödəməsidi.