Ronaldo komanda yoldaşlarından belə üzr istəyəcək

Ronaldo komanda yoldaşlarından belə üzr istəyəcək

"Yuventus”un futbolçusu Kriştiano Ronaldo "Milan”la oyundakı xoşagəlməz davranışlarına görə komanda yoldaşlarından üzr istəyəcək.

Qaynarinfo "La Republica"ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçu həmklubları ilə birgə şam yeməyi planlaşdırır. O, yemək vaxtı oyunçulara izahat verməyi düşünür. Görüş noyabrın 23-də Berqamoda "Atalanta" ilə XIII tur matçından əvvəl baş tutmalıdı.

Qeyd edək ki, baş məşqçisi Mauritsio Sarri Rusiya "Lokomotiv"i və "Milan"la son qarşılaşmaların gedişində Ronaldonu meydandan çıxarıb. Hər iki halda 34 yaşlı forvard Sarrinin əlini sıxmayıb. Əvəzləndikdən sonra o, paltardəyişmə otağına yollanıb. 
XƏBƏRLƏR
BLOGLAR