İdman 13:28 25.06.2013

Ronaldo Messini belə təbrik etdi - FOTO

Son dörd ildə dünyanın ən yaxşı futbolçusu adını qazanan və rekordları alt-üst edən "Barselona"nın  hücumçusu  Lionel Messi dünən 26 yaşını qeyd edib.

Qol.Az-ın məlumatına görə, bu münasibətlə futbolçunun azarkeşləri maraqlı addım atıb. 

Belə ki, onlar argentinalı ulduzla müqayisə edilən "Real"ın futbolçusu Kriştiano Ronaldonun bir fotosunu hazırlayıblar. Şəkildə portuqaliyalı hücumçu əlindəki kağızla Messini doğum günü münasibəti ilə təbrik edir və "hələ də dünyanın ən yaxşı futbolçusu sənsən" sözlərinə yazır.

Qaynar.info