Video 18:05 20.06.2018

Ronaldo Portuqliyaya qələbə qazandırdı (VİDEO)

Rusiyada keçirilən "DÇ-2018" davam edir. 

Qaynarinfo xəbər verir ki, bu gün B qrupunda II turun oyunları keçirilir.

Qrupun ilk matçında Portuqaliya ilə Mərakeş üz-üzə gəlib. Mundiala qonşusu İspaniya ilə oyunla start verən pirineylilər Kriştiano Ronaldonun het-triki ilə matçdan bərabərliklə ayrılmışdı. Mərakeş isə İran qarşısında son dəqiqədə avtoqola üzülmüşdü. Afrikalılar bu dəfə də minimal hesabla üzülüb. Kriştiano Ronaldonun 4-cü dəqiqədə vurduğu qol oyunda yegan olub. Bununla da Mərakeş 1/8 finala çıxmaq şansını itirib.

Qeyd edək ki, qrupun ikinci oyununda İspaniya İranla qarşılaşacaq. 

DÇ-2018
B qrupu
II tur

20 iyun
Portuqaliya - Mərakeş 1:0
Qol: Kriştiano Ronaldo, 4.
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 5. Rafael Querreyro, 6. Joze Fonte, 21. Kedrik Soares, 8. Joao Moutinyo (9. Andre Silva, 89), 10. Joao Mario (16. Bruno Fernandes, 70), 11. Bernardo Silva (18. Gelson Martins, 59), 14. Villyam Karvalyo, 7. Kriştiano Ronaldo, 17. Qonçalo Quedes.
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Beto, 2. Bruno Alveş, 4. Manuel Fernandes, 13. Ruben Dias, 15. Rikardo Pereyra, 19. Mario Rui, 20. Rikardo Kuareşma, 23. Adrien Silva.
Baş məşqçi: Fernando Santos.
Mərakeş: 12. Munir, 2. Aşraf Hakimi, 4. Manuel da Kosta, 5. Medhi Benatiya, 7. Hakim Ziyeç, 8. Karim El Ahmadi (11. Faysal Facr, 86), 10. Yunes Belhanda (23. Mehdi Karsela, 75), 14. Mbark Boussufa, 17. Nabil Dirar, 13. Xalid Butaib (9. Ayub El Kaabi, 70), 16. Nordin Amrabat.
Ehtiyat oyunçular: 1. Bono, 22. Ahmed Reda Taqnaouti, 3. Hamza Mendil, 6. Romain Saiss, 18. Amine Harit, 19. Yussef En Nesyri,  20. Aziz Bouhaddouz, 21. Sofyan Amrabat.
Baş məşqçi: Herve Renard.
Sarı vərəqələr: Andre Silva, 90+2 - Medhi Benatiya, 40.
Baş hakim: Mark Giger (ABŞ).
Moskva. "Lujniki stadionu”.

1

Portuqaliya

2

1

1

0

4:3

4

2

İran

1

1

0

0

1:0

3

3

İspaniya

1

0

1

0

3:3

1

4

Mərakeş

2

0

0

2

0:2

0