İdman 18:07 15.08.2013

Ronaldo: "Mourinyonun adını eşitmək istəmirəm"

"Real"ın (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo maraqlı açıqlamalar verib.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, Portuqaliya millisinin Hollandiya ilə 1:1 hesabı ilə bərabərə qaldığı oyundan sonra jurnalistlər hücumçuya Joze Mourinyo ilə bağlı suallar verməyə başlayıb. 

Ronaldo isə ona verilən sualı belə cavablandırıb: "Mourinyo haqqında danışmağa belə dəyməz. Çünki onun adını belə eşitmək istəmirəm".

Mourinyonun əksinə olaraq, Kriştiano yeni baş məşqçisi Karlo Ançelotti haqqında müsbət fikirlər səsləndirib: "O, böyük bir baş məşqçidir. Ançelotti ilə çalışdığım üçün xoşbəxtəm".

Qaynar.info