Xəbər lenti

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir
İdman 20:41 06.05.2024

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu Kriştiano Ronaldo karyerasının son 8 ildə ən məhsuldar mövsümünü keçirir.

Qaynarinfo xəbər verir ki, mayın 4-də Ronaldo "Əl-Vəhda" klubuna 3 qol vurub. İndi onun 2023/24 mövsümündə 45 qolu var. Bu, Ronaldonun 2015/16 mövsümündən bəri ən yaxşı nəticəsidir. O, sonuncu dəfə "Real Madrid"də oynayarkən bir mövsümdə 51 dəfə fərqlənib.

Ronaldo 32 qolla Səudiyyə Ərəbistanı çempionatında bombardirlər siyahısına başçılıq etməyə davam edir. Onun aktivində 10 məhsuldar ötürmə var.

Qeyd edək ki, Ronaldo 2 yanvar 2023-cü ildə Səudiyyə Ərəbistanından "Əl-Nasr" klubu ilə illik 200 milyon avroluq müqaviləyə imzalayıb. Sözləşmədə portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da yer alıb. Hücumçu 2023-cü ildə komandanın baş məşqçisi Erik ten Haqla yaşanan gərginliyə görə "Mançester Yunayted"lə müqaviləsini ləğv etdikdən sonra Səudiyyə Ərəbistanından kluba keçib.

Bundan əvvəl Ronaldo 9 il "Real Madrid"də, 3 il isə "Yuventus"da çıxış edib. Portuqaliyalı karyerası ərzində beş dəfə "Qızıl top" qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->