İdman 23:17 13.10.2018

Ronaldo təcavüz qalmaqalına 1 milyon dollar xərcləyəcək

Günlərdir təcavüz iddiası ilə gündəm olan Kriştiano Ronaldo günahsız olduğunu sübut etmək üçün irəli atılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. 

Xəbərə görə, "Yuventus"un hücumçusu təcavüz ittihamında müdafiə üçün dünyanın ən yaxşı vəkil, həkim və mütəxəssislərini tutub. 

33 yaşlı futbolçunun bu komanda üçün 1 milyon dollara yaxın xərcə düşdüyü bildirilir.