Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo mövsümün sonunda "Yuventus"dan ayrıla bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
İddia olunur ki, "Yuventus" Ronaldonu saxlamaq üçün Çempionlar Liqasının qalibi olmalıdı. Əks halda portuqaliyalı ulduz komandadan ayrılacaq və əvvəllər çıxış etdiyi "Mançester Yunayted”ə dönəcək. Baş məşqçi Maurisio Sarri ilə aralarındakı narazılıq da ulduz futbolçunun klubdan ayrılmasına təsir edəcək. Son iki görüşdə əvəzlənməsindən narazı qalan futbolçu matç başa çatmamış stadiondan gedib.
Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted”də çıxış edib. O, 2009-cu ildə 94 milyon avroya "Real"a keçib. "Yuventus”a 2018-ci ilin yayında keçən hücumçunun müqaviləsi 2022-ci ilə qədərdi.
Şərhlər