Kriştiano Ronaldo Almaniyanın "Spiegel" nəşrini məhkəməyə verir.

Qaynarinfo xəbər verir ki, buna səbəb nəşrin ulduz futbolçunu zorlamada itiiham edən məqalə dərc etməsi olub. "Yuventus"un portuqaliyalı ulduzu külli miqdarda təzminat tələb edəcək.

Qeyd edək ki, Ronaldonu amerikalı model Katrin Mayorqa zorlamada ittiham edib. Onun iddiasına görə, hadisə 2009-cu ildə Las Veqasda yerləşən "Palms Place Hotel"də baş verib. O, hotelin klubunun VIP bölməsində Ronaldo ilə tanış olub və daha sonra futbolçu Mayorqanı zorlayıb. Hadisə baş verən zaman Katrin Mayorqanın 25, Ronaldonun isə 20 yaşı var idi. Almaniyanın "Der Spiegel" nəşri yazır ki, Ronaldo modellə məxfilik sazişi imzalayıb və ona 375 min dollar pul ödəyib. Razılaşmaya görə, əgər Mayorqa bu barədə mətbuata danışsa, məbləği geri ödəməli və futbolçuya dəyəcək bütün zərərlərə görə cavab verməlidi.



"Spiegel"in baş redaktorunun müavini qeyd edib ki, məqalənin dərcindən əvvəl qızın şikayətləri ilə bağlı Ronaldunun vəkillərinə dəfələrlə yazılı müraciət edib.

Portuqaliyalı ulduz isə bu iddia ilə çıxış edən onun adından istifadə edərək məşhurlaşmağa çalışdığını deyib.