İdman 20:06 06.10.2018

Ronaldodan "Real"a ağır ittihamlar

"Yuventus"un ulduzu Kriştiano Ronaldo son dövrlər başına gələn hadisələrə görə "Real"dan şübhələnir.

Qaynarinfo "La Reppublica” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilin ən yaxşı futbolçusu mükafatı uğrunda mübarizədəki uğursuzluqda, sponsorlarla münasibətlərinin pisləşməsində, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Valensiya” ilə oyununda qırmızı vərəqə almasında və təcavüzdə ittiham olunmasında "Real"ın prezidenti Florentino Peresin əli var.