İdman 18:11 17.07.2018

Ronaldodan sonra Zinəddin Zidan da "Yuventus"da

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan İtaliyada çalışacaq.

Qaynarinfo qazeta.ru-ya istinadən xəbər verir ki, fransız mütəxəssis "Yuventus"un idman direktoru təyin olunacaq. Onun yeni işinə oktyabr ayında başlayacağı deyilir.

Qeyd edək ki, "Yuventus"a bir neçə gün əvvəl "Real"dan Kriştiano Ronaldonu transfer edib.