İdman 13:44 23.02.2013

Ronaldodan tənqidçilərə cavab

"Real Madrid"in portuqaliyalı ulduzu Kristiano Ronaldo onu tənqid edən insanların fikirlərinə əhəmiyyət vermədiyini və bundan narahat olmadığını deyib.

Qaynar.info-nun məlumatına görə, GQ jurnalına açıqlama verən futbolçu klub tarixinin ən bahalı oyunçusu olmağın da ağırlığını daşıdığını söyləyib: "Real Madrid" dünyanın ən böyük klubudur. İnsanlar bizdən mükəmməl olmağımızı gözləyirlər. Tənqidlər də futbolun bir hissəsidir. Amma meydandan kənarda üzücü olur. Meydanda işlər pis getdiyi zaman onsuz da bunu ilk duyan mən oluram".

Ronaldo oyunçuluq karyerasını bitirdikdən sonra da, futbol dünyasının içində qalmağı planlaşdırdığını bildirib.

Qaynar.info