İdman 14:00 27.09.2013

Ronaldodan uğurlu start


"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo son oyunlardakı uğurlu çıxışı ilə yadda qalıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu son forma geydiyi 3 oyunda 7 qol vurub.

Çempionlar Liqasında "Qalatasaray"la matçda  3 dəfə fərqlənən oyunçu 5 gün sonra La Liqada "Xetafe"  ilə görüşdə 2 qol vurub. Ronaldo son olaraq "Elçe" ilə qarşılaşmada da 2 dəfə fərqlənməyi bacarıb.

Bununla da, ulduz futbolçu 2009/2010 mövsümündəki uğurunu təkrarlayıb.

Qeyd edək ki, Ronaldo bu mövsüm 6 oyuna 9 qol vurub. Ötən il isə oyunçu 6 oyuna 5 qol vurmuşdu.

Qaynar.info