İdman 11:26 04.03.2013

Ronaldonu belə dayandıracaqlar

“Mançester Yunayted” Kriştiano Ronaldonun yenidən bu kluba transfer ediləcəyi ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirib.

Qol.Az-ın verdiyi məlumata görə, klubun baş məşqçisi Aleks Ferqyuson portuqaliyalı hücumçunun komandaya qayıdacağı haqda iddiaları təkzib edib: “Belə bir transferin olacağını zənn etmirəm. Ronaldonun “Real”la müqaviləsinin bitməsinə hələ iki il var. Bu mənada, onun “MY”ə dönməsi mümkün deyil. Bundan başqa, “Real”ın onunla yeni müqavilə bağlayacağını düşünürəm”.

Ferqyuson “Real”la Çempionlar Liqasının 1/8 final mərhələsinin “Old Trafford”da martın 5-də keçiriləcək cavab matçı haqda da danışarkən Ronaldonun qarşısını almaq üçün üçün yaxşı planları olduğunu söyləyib. Zarafatından qalmayan Fergüsson deyib: “A planım bıçaqdır, B planım isə avtomat. Onun məhz bu silahlarla dayandıracağıq”.

Qaynar.info