İdman 16:32 04.09.2013

Ronaldonu hirsləndirdilər

“Real” Madridin ulduz futbolçusu Kriştiyano Ronaldo ən yaxın komanda yoldaşını itirdiyinə görə klub rəhbərliyinə etiraz edib.

“Qafqazinfo” xəbər verir ki, Ronaldo Özilin “Arsenal”a keçidi ilə heç cür barışa bilmir: “Mən başa düşə bilmirəm “Real” Özil kimi futbolçunu necə əldən buraxa bilər. O, “Real”da oynaya biləcək ən ideal 10 nömrə idi. Mənim bütün manevrlərimi başa düşən, rəqib qapısı qarşısında mənə ideal pas ötürən futbolçu məhz elə Özil idi. Onun gedişinə görə çox əsəbiyəm”

Qaynar.info