İdman 16:27 26.07.2018

Ronaldonun müqaviləsinin detalları: kim nə qədər qazanacaq?

"Yuventus"un Kriştiano Ronaldonun transferinə 117 milyon avro xərclədiyi açıqlansa da, "Real" nə qədər pul çatması barədə açıqlama verilməmişdi.

Qaynarinfo xəbər verir ki, "KPMG Football Benchmark" bu pulun necə bölündüyünü araşdırıb. Məlum olub ki, 117 milyon avrodan 100 milyonu "Real"a ödənilib. 12 milyon avro futbolçunun meneceri Jorje Mendesə çatıb. Qalan 5 milyon avro isə FIFA-nın Həmrəylik Təşkilatlarının payına düşüb.

Ronaldoya illik 30 milyon avro ödəyəcək "Yuventus"un kassasından vergilər daxil 56 milyon avro çıxacaq. 4 illik müqavilə müddətində portuqaliyalı ulduzun xəcləri Turin klubuna 340 milyon avroya başa gələcək. "Yuventus"un 2018/19 mövsümündəki maaş büdcəsinin 21 faizi Ronaldonun payına düşəcək. Həmçinin 4 il ərzində futbolçunu qorumaq istəyən klub onu qəza, ölüm, həyat və zədə sığortası etdirəcək. İtaliya klubu sığorta haqqı olaraq fərqli firmalara 5 milyon avro ödəyəcək. 

"Yuventus"un özünən 4 ildə 340 milyon avrodan artıq gəlir əldə edəcəyi proqnozlaşdırılır. Ronaldonun transferindən dərhal onra klub forma satışından 24 saat ərzində 8 milyon avro gəlir əldə edib.