İdman 14:03 25.02.2018

Ronaldonun transfer qiyməti açıqlandı - Fantastik məbləğ

Bu mövsüm La Liqada uğursuz çıxış edən "Real"da Kriştiano Ronaldonun mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı xəbərlər dolaşır. Onun "Mançester Yunayted"ə dönmək ehtimalının yüksək olduğu bildirilir.

Bu arada "Celebrity Net Worth" adlı saytı portuqaliyalı ulduzla bağlı maraqlı məlumat paylaşıb. Fanat.az xəbər verir ki, məşhur futbolçuların dəyərini müəyyənləşdirməkdə məşhur olan sayt Ronaldonun 400 milyon dollar qiymətinin olduğunu açıqlayıb.

Sayt həmçinin 5 dəfə "Ballon d'Or" mükafatını qazanan futbolçunun "Real"da ildə 57 milyon dollar maaş aldığını da yazıb.