İdman 10:47 21.01.2014

Ronaldoya dövlət nişanı verdilər - FOTO


"Real"ın və Portuqaliya millisinin futbolçusu ölkəsində dövlət nişanı alıb.

Qol.Az-ın verdiyi məlumata görə, yanvarın 7-i təşkil olunması planlaşdırılan tədbir Eysebionun ölümü səbəbindən bu günə keçirilmişdi.

Tədbirdə portuqaliyalı hücumçu ölkəsini dünyada yüksək səviyyədə təmsil etdiyi, gənc nəsillərə örnək olduğu üçün dövlət nişanı ilə təltif olunub.

Ronaldo bu mükafatı aldıqdan sonra deyib: "Bu mükafatı prezidentin mənə təqdim etməsi qürurvericidir.Çox xoşbəxtəm. Ümid edirəm ki, bundan sonra ölkəmi layiqincə təmsil edəcəm. Futbol həyatda ən çox sevdiyim şeydir və mənim həyatımdır. Daha uzun illər futbolçu karyeramı davam etdirmək, dünya çempionatını qazanmaq istəyirəm".

Qaynar.info