İdman 15:29 30.05.2018

Ronaldoya fantastik təklif: 45 milyon avro maaş...

PSJ Kriştiano Ronaldonu heyətinə qatmaq istəyir. 

Qaynarinfo AS nəşrinə istinadən xəbər verir ki, Paris klubu "Real"ın portuqaliyalı ulduzuna illik 45 milyon avro maaş təklif edir. İspaniya klubuna isə maksimum 150 milyon avro təklif ediləcək. Amma futbolçunun müqaviləsindəki 1 milyard avroluq sərbəst qalma maddəsi fransızların önündəki ən böyük əngəldi.

PSJ rəhbərliyində Neymar-Mbappe-Ronaldo üçlüyünü görməyi arzulayır. Məlum olduğu kimi, "Real" da Neymarı transfer etmək istəyir. PSJ rəhbərliyi narahatdı ki, Ronaldonu alacaqları halda "Real"ın Neymarı transfer etmək şansı artacaq.