İdman 18:38 18.06.2013

Ronaldoya fantastik təklif

 

"Real"ın futbolçusu Kriştiano Ronaldo dünyanın ən çox qazanan oyunçu olmağa yaxındır.

Goal.com-un verdiyi məlumata görə, portuqaliyalı hücumçunun meneceri Xorxe Mendeslə danışıqları davam etdirən  Madrid klubu futbolçuya 5 il üçün 155 milyon avro dəyərində yeni müqavilə təklif edib. Bu isə Ronaldonun vergiləri çıxmaq şərti ilə illik 15 milyon avro qazanaraq futbol tarixinin ən bahalı sözləşməsinə imza atacağı deməkdir. 2009-cu ildə "Mançester Yuneyted”dən 94 milyon avroya "Real”a transfer edilən Ronaldo hazırda vergini ödədikdən sonra ilinə 10 milyon avro qazanır.

Yeni müqavilənin imzalanması üçün yeganə problem isə 28 yaşlı oyunçunun imic haqlarıdır. Hazırda bu haqların 60 faizi futbolçuya, 40 faiz isə kluba məxsusdur. Ronaldo özünə məxsus haqqın artırılmasını tələb edir. Bu problem aradan qalxsa, futbolçu ilə rəsmi müqavilə imzalanacaq.

Qol.Az