Fransanın "France Football" jurnalı 2017-ci ilin yekununa görə "Qızıl top"un sahibi elan edib.

Qaynarinfo xəbər verir ki, ilin ən yaxşı futbolçusu mükafatı "Real" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronalduya nəsib olub.

O, "Qızıl top" uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı (PSJ) qabaqlayıb.

Ronaldu "Qızıl topu" karyerası ərzində beşinci dəfə qazanıb (2008, 2013, 2014 və 2016-cı illərdə) və onlrın sayına görə Messiyə çatıb.