Dünya 15:46 16.01.2020

“Roshidromet”dən SOS: “Rusiyanın dəhşətli iqlim fəlakətlərinə hazır olun”

Rusiya XXI əsrin ikinci yarısında iqlim fəlakətlərinə "məhkum olacaq". Günahı isə hamıya aiddir - insan tərəfindən "texnogen iqlim dəyişikliyi". 

Qaynarinfo RİA Novosti-yə istindala xəbər verir ki, bu sözləri Rusiya Baş Geofizika Rəsədxanasının rəhbəri Vladimir Katsov Qaydar Forumunda deyib.

Onun sözlərinə görə, insanların indi gördüyü işlər əsrin ikinci yarısında iqlim planında öz əksini tapacaq və bunun acı nəticələrindən qaçmaq mümkün olmayacaq. O zaman həm "istilik dalğaları", həm "sel ilə bağlı bəzi başqa” problemlər baş verəcək. Katsov "tibbi fakt” hesab etdiyi belə sürətli iqlim dəyişikliyinə insanların özlərinin səbəb olduğunu və bütün bu hadisələrə görə "əvvəlcədən hazırlaşmağı" təklif edib. 

Mütəxəssis əlavə edib ki, bir müddət əvvəl alimlər antropogen amilin iqlimə təsirini azaltmaq üçün çalışmağı əsas vəzifə hesab edirdilər. Lakin bu yaxınlarda məlum oldu ki, Yerin iqlim sistemi çox hərəkətsizdir. Beləliklə, indi vəzifə sivilizasiyanı iqlim dəyişikliyinə uyğunlaşdırmaqdır.

Xatırladaq ki, bu qış Rusiyada bütün müşahidələr tarixində ən isti qış kimi qəbul edilib. Hava proqnozlarına görə, daha əvvəlki şaxtalar heç vaxt olmayacaq. Rusiya Federasiyasının əksər bölgələrində yanvar ayında normaldan 4-6 dərəcə, fevralda 3-4 dərəcə isti olacaq. Gün ərzində nadir hallarda mənfi 5 dərəcə şaxta olacaq. Qar demək olar ki, olmayacaq. Proqnoza görə, yanvar ayında maksimum 10-15 millimetr qar, fevralda isə bir az artıq olacaq - 15-20 millimetr. Hava proqnozlarına görə, bahar fəslində də qeyri-adi istilər müşahidə olunacaq.

Alpər