Dünya 11:10 10.11.2019

Rumıniya prezidentini seçir

Rumıniyada prezident seçkiləri keçirilir.

Qaynarinfo NY Times-a istinadən xəbər verir ki, 18,2 milyon seçicinin olduğu ölkədə 14 namizəd prezident postu uğrunda mübarizə aparır.

Seçkinin əsas favoriti Klaus Yohannisdir. Ötən ay Baş nazir postundan istefa verən Viorika Dansila favoritlər arasında 2-ci yerdədir. Aktyor və teatr direktoru Mirsea Diakonu, Rumıniyanın Xilası İttifaqının rəhbəri Dan Barna da əsas namizədlərdəndir.

Qeyd edək ki, namizədlərdən biri 50% səs toplaya bilməsə, 24 noyabrda seçkinin 2-ci turu baş tutacaq.

Gülşən