İdman 19:41 10.08.2013

Runi "Çelsi"yə getməyə razılıq verdi

İngiltərə KİV-ləri "Mançester Yunayted" futbol klubunun oyunçusu Ueyn Runinin komanda yoldaşlarına "Çelsi"yə gedəcəyini söylədiyini iddia edir.

Trend-in məlumatına görə, bundan əvvəl "Qırmızı şeytanlar" Runini transfer etmək istəyən "Çelsi"nin təklifini iki dəfə rədd etmişdi.

"Mançester Yunayted"in yeni baş məşqçisi Devid Moyes bir neçə dəfə Runinin satılmadığını vurğulasa da, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo hər fürsətdə 27 yaşındakı futbolçunu komandasının heyətində görmək istədiyini demişdi.

Qaynar.info