Dünya 11:39 15.04.2018

Rus alimlər dünyanın ən dərin mağarasına endi

Rusiyalı speleoloqlar Abxaziyada yerləşən dünyanın ən dərin mağarası Kruberaya enə biliblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, dərinliyi 2190 m olan mağaranın əslində 2212 m olduğu aşkarlanıb. Kruberanın uzunluğu isə 13 min 432 m müəyyənləşdirilib. Tədqiqatçılar mağaraya eniş prosesini 27 gün planlaşdırsa da, bunun üçün sadəcə 1 həftə vaxt lazım olub. 

Daha əvvəl ABŞ və Avropadan olan alimlər mağaraya enməyə çalışmış, lakin buna nail ola bilməmişdilər.

Qeyd edək ki, speleoloqlar Pavel Demidovİlya Turbanov Kruberada yeni canlı növləri ilə rastlaşdıqlarını bildirir. 

Gülşən