Dünya 19:47 07.12.2019

ABŞ bu şəxsin tutulması üçün dünyanın ən yüksək pul mükafatını verəcək

"Evil Corp" haker qrupunun lideri olduğu ehtimal edilən rusiyalı haker Maksim Yakubtsun tutulmasına kömək edəcək məlumatları gətirən şəxsə 5 milyon dollar mükafat veriləcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb. Rusiyalı haker Pensilvaniya və Nebraskada kiber hücumlar və bank soyğunçuluğunda ittiham olunur. ABŞ-ın Ədliyyə Nazirliyi Yakubtsun şəxsi və maliyyə məlumatlarını oğurlamaq üçün hazırlanan Bugat virusunu yayan cinayət şəbəkəsinin lideri olduğuna əmindir.

Onun həbs olunması üçün təyin olunan mükafatın ABŞ tarixində kibercinayətkarlıq üçün müəyyənləşdirilən ən yüksək mükafat olduğu qeyd edilir.

Camal