Rusiyalı qadınlar öz gözəllik sirrlərindən bəhs ediblər.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, rus qadınlar gözəlliyin ilk şərtlərindən birini yumşaq və yaxşı daranmış saçlar hesab edirlər. 

Dikdaban ayaqqabılar, aksesuarlar, çantalar, gözəl geyimlər rus qadınları gözəl və cazibədar göstərən şeylər arasındadır. Ucuz geyimlərdən istifadə etmək mümkündür, lakin paltarlarda kiçik dəyişikliklərlə cazibədar görüntü yaratmaq da realdır. Doğru və təbii rənglərdən istifadə də kifayət qədər vacibdir. Alt geyiminin görünməsi isə çox ciddi qüsur hesab edilir.

Rus qadınlar fikirləşir ki, həqiqi gözəllik təbiilik və sağlamlıqdır.

Gülşən