Foto 14:16 26.05.2018

Rus qızlarla görüşmək olmaz: milli üzvlərinə qadağa qoyuldu (FOTOLAR)

Nigeriya millisinin baş məşqçisi Hernot Roxr komanda üzvlərinə Rusiyada keçiriləcək dünya çempionatı zamanı rus qızlarla görüşməyi qadağan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə mütəxəssis özü məlumat verib. O, bildirib ki, bütün komanda üzvlərinə məşq və oyun günü həyat yoldaşları və sevgililəri ilə görüşmək icazəsi veriləcək:

"Hər futbolçunun öz otağı olacaq. Onlar məşq və oyun günləri istisna olmaqla, istədikləri vaxt həyat yoldaşlarını, sevgililərini və ailə üzvlərini qəbul edə biləcəklər".

Qadağa təkcə komadanın kapitanı Con Obi Mikelə aid deyil. Belə ki, Çinin "Tianjin TEDA" klubunda çıxış edən 31 yaşlı futbolunun həyat yoldaşı Olqa Diyaçenko milliyətcə rusdur.
 


 
Aydın