Dünya 10:48 19.11.2019

Rus raketində ABŞ kosmonavtlarına yer olmadı

Son 19 ildə ilk dəfə Beynəlxalq Kosmik Stansiyaya yalnız Rusiya ekipajı gedəcək. Xarici kosmonavtlar 2020-ci ilin oktyabrı, 2021-ci ilin əvvəlində baş tutacaq uçuşlar üçün uçuş heyətinə düşməyib.

Qaynarinfo xəbər verir ki, bu dəfə "Soyuz MS-17” gəmisindəki bütün yerlər Rusiya kosmonavtlarına verilib.

Heyət isə belədir: Anatoli İvanişin, İvan Vaqner və Nikolay Çub. Həm də kosmosa ilk dəfə üç Sergeyevi bir anda göndərmək planlaşdırılır. Bu barədə Kosmonavt Tədris Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Kp.ru saytının yazdığına görə, amerikalıların özləri Rusiya "Soyuz”unun istifadəsindən imtina etmək istəyib. Bildirilir ki, 2020-ci ilin yazında öz gəmiləri onların kosmonavtlarını ISS-ə çatdıra biləcək.

Bununla birlikdə, NASA rəhbəri Jim Braydenstayn bu yaxınlarda ABŞ-dan olan kosmonavtlara ekipajlarında bir yer təmin etmək xahişi ilə "Roskosmos”un rəhbəri Dmitri Roqozinə müraciət emişdi. Bundan sonra Amerika gəmilərinin uçuşlarının təxirə salındığı ortaya çıxmışdı. 

Alpər