Dünya 17:50 13.08.2018

Rus səfirin öldürülməsi ilə bağlı növbəti həbs

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı növbəti şəxs həbs edilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, FETÖ terror təşkilatının üzvü Şahin Söğüt adlı şəxsin həyat yoldaşı Ayşe Söğüt tutulub. 

Qeyd edək ki, 19 dekabrt 2016-cı ildə Andrey Karlov sərgidə iştirak edən zamanı təhlükəsizlik əməkdaşı Mevlüt Mert Altıntaş tərəfindən güllələnərək qətlə yetirilmişdi. Şahin Söğüt Altıntaşın FETÖ daxilindəki yaxın şəxsi hesab edilir.

Gülşən