Dünya 12:43 31.03.2018

Rusiya 50-dən çox ingilis diplomatı ölkədən qovur

Rusiya höküməti 50-dən çox ingilis diplomatın ölkədən qovulması barədə açıqlama verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya daha əvvəl 23 ingilis diplomatın ölkədən deportasiyası barədə qərar qəbul etmişdi. Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə məlumat verib. 

Qeyd edək ki, sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripalın İngiltərədə zəhərlənməsi beynəlxalq böhrana səbəb olub. Bir çox ölkə Rusiyaya qarşı addım ataraq diplomatların qovulması barədə qərar çıxarıb, yaxud bu ölkədəki səfirini geri çağırıb. İddiaları rədd edən Rusiya da oxşar addımı ataraq sansksiyalara qoşulan ölkə diplomatlarını ölkədən kənarlaşdırır.

Gülşən