Ölkə 15:03 13.11.2018

Rusiya-Azərbaycan sərhədində nadir şahin quşları saxlanıldı

Rusiyadan Azərbaycana gizli yolla gətirilən 3 ədəd nadir şahin quşu iki ölkənin sərhədində saxlanılıb. 

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, fakt Dağıstan MR-nın Məhərrəmkənd sərhəd-keçid məntəqəsində həyata keçirilən gömrük nəzarəti zamanı üzə çıxıb. 

Quşlar qonşu ölkəni tərk edən avtomobilin gizli saxlanc yerində olub və onlar barədə gömrük bəyannaməsində məlumat qeyd edilməyib. 

Fakt üzrə Rusiyanın Cinayət Məcəlləsinin "Xüsusi qiymətli vəhşi heyvanların qaçaqmalı” maddəsi üzrə cinayət işi açılıb.