Siyasət 16:53 12.08.2019

Rusiya, Azərbaycan və İran prezidentlərinin Soçi görüşü təxirə salındı

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin avqustun 14-də Soçidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Qaynarinfo-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu həftə keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və İran prezidentlərinin zirvə görüşü texniki səbəblərə görə təxirə salınıb”, - deyə o əlavə edib.