Video 13:13 29.07.2019

Rusiyada azərbaycanlı gəncin öldürülmə anı (VİDEO)

Rusiyada azərbaycanlı gəncin öldürülməsi anını əks etdirən videogörüntülər yayılıb. 

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, öldürülən azərbaycanlı gənc bir neçə nəfərlə mübahisə edir. Mübahisə zamanı əlində odlu silah olan şəxs yaxın məsafədən atış açaraq Quba rayonu, Talabıqışlaq kənd sakini 30 yaşlı Fazil Saməddin oğlu Balayevin güzündən vurur. O, aldığı güllə yarasından yerindəcə ölür. 

Silahlı insident zamanı ətrafdakılar hadisəyə soyunqanlılıqla yanışırlar.  Qətli törədənin Rusiya vətəndaşı olduğu bildirilir.