Ekonomiks 10:02 12.11.2019

Rusiya bu adamların pensiya yaşını yenidən azaltmaq istəyir

Rusiya Dövlət Dumasının Regional Siyasət, Şimal və Uzaq Şərq problemləri komitəsinin rəhbəri Nikolay Xaritonov Uzaq Şərq Federal Dairəsi sakinləri üçün pensiya yaşının azaldılmasını, qadınlar üçün 55, kişilər üçün isə 60 yaş səviyyəsinə qaytarılmasını təklif edib.

Qaynarinfo kp.ru-ya istinadla xəbər verir ki, deputat sərt iqlim şəraiti olan rayon əhalisinin xüsusi imtiyazlara layiq olduğunu diqqətə çatdırıb. Bundan əlavə, pensiya yaşını artırdıqdan sonra şimal bölgələrindən sakinlərin axının xeyli çoxaldığı qeydə alınıb.

"İnsanların ora gedib orada qalması üçün xüsusi bir motivasiya lazımdır. Bu motivasiyanın elementlərindən biri pensiya sisteminin parametrlərinə yenidən baxılması ola bilər", - Xaritonov qeyd edib.

Alpər