Rusiyanın ən yeni və ən uzun mənzilli raketi(ICBM) olan Sarmat qitələrarası ballistik raketinin ikinci atış sınağı uğurla həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə nazirinin köməkçisi Yuri Borisov verdiyi açıqlamada ölkənin milli müdafiə sənayesinin köhnəlmiş Satan raketlərinin yerinə yeni Sarmat ballistik raketlərini istehsal etməyə hazır olduğunu bildirib.

Yeni RS-28 ballistik raketi 100 ton ağırlığındadır və dünyanın istənilən nöqtəsinə 10 ton yük göndərmə potensialına sahibdir.

Rusiya sınaq atışı üçün hazırlanan raketin görüntülərini yayımlayıb.