Ölkə 22:05 22.07.2018

Rusiya Ermənistana 200 milyon dollarlıq silah verdi

Rusiya Ermənistana 200 milyon dollarlıq silah verib.

Qaynarinfo xəbər verir ki, bununla da iki ölkə arasında imzalanmış kredit sazişinin icrası başa çatıb. Bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan məlumat verib.

Onun sözlərinə görə, Ermənistan Rusiyadan müasir silah idxal edib: "Rusiya ordusunun silahlanmasında belə bir şeyin olmaması istisna deyil".

Qeyd edək ki, 2015-ci ilin iyununda Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit sazişi üzrə hərbi məhsualların verilməsi ilə bağlı iki ölkə arasında saziş imzalanıb.