Siyasət 21:25 14.02.2020

Rusiya Ermənistanın inkişafına vəsait ayırdı

Rusiya Ermənistanın Kotayk və Geğarkunik əyalətlərinin inkişafı üçün Rusiya - BMT trust fondu çərçivəsində 2,8 milyon ABŞ dolları ayırıb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Dmitri Stepanov bildirib.

"Üç illik müddətə nəzərdə tutulan layihə çərçivəsində turizmdən tutmuş kənd icmalarının inkişafınadək xeyli sahələr əhatə olunur”, - deyən rusiyalı diplomat bundan əvvəl Tauş əyalətinin də inkişafına dair layihənin icrasını dəstəklədiklərini diqqətə çatdırıb.