Siyasət 20:00 24.01.2019

Rusiya FGX Azərbaycanda nümayəndəlik açmaq istəyir

Rusiyanın Federal Gömrük Xidməti (FGX) Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə FGX rəhbərinin birinci müavini Ruslan Davıdov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, hazırda qurumun 20 ölkədə nümayəndəliyi fəaliyyət göstərir.

Azərbaycanla yanaşı, Hollandiya və Özbəkistanda da nümayəndəlik açılacaq.

"Xüsusilə Avropa və Çin üçün iri aşırma bazası olan Hollandiya bizim üçün maraqlı ölkədir", - R.Davıdov vurğulayıb.