Ölkə 20:36 10.12.2019

Rusiya helikopterləri Azərbaycanda təmir olunacaq

Azərbaycanda Rusiya istehsalı olan helikopterlərin təmiri və texniki xidmət üçün servis mərkəzinin inşasına başlanılıb.

Bu barədə TASS agentliyi "Rusiya helikopterləri” (Rostex) holdinqinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Mərasimdə "Rusiya helikopterləri” holdinqinin baş direktoru Andrey Boqinski, həmçinin Azərbaycanda işləyən Rusiya helikopterlərinə satış sonrası xidmət göstərəcək "Helikopter Xidmət Mərkəzi”nin nümayəndələri iştirak ediblər.

"Bu gün Azərbaycanda operatorlara hərtərəfli texniki dəstəyi və Rusiyanın "Mi” markalı helikopterlərinin uçuşa hazırlığını yüksək səviyyədə təmin edə bilən müasir bir xidmət mərkəzinin yaradılması istiqamətində böyük addım atıldı. Bu iş "Rostex” dövlət aviasiya klaster strategiyasının bir hissəsi olaraq həyata keçirildi. Biz regionlarda xidmət mərkəzləri şəbəkəsini genişləndirməyi nəzərdə tuturuq”, - deyə Boqinski qeyd edib.
 
musavat.com