Dünya 15:01 28.02.2014

Rusiya keçmiş hərbçilərini Ukraynaya göndərir

Rusiya sosial şəbəkələrində 18-45 yaş arasında orduda xidmət keçmiş peşəkar hərbçilərin turist kimi Ukraynaya göndərilməsi ilə bağlı elan verilib.

“Axar.az” xəbər verir ki, “Vkontakte” sosial şəbəkəsinin çoxsaylı qruplarında bununla bağlı çağırışlar yer alıb.

Qruplarda rus kişiləri əsas müqavimət nöqtələri sayılan Krım, Xarkov və Donetskə getməyə çağırılır.

“Biz rus turistlər qonşu dövlətin ərazisində nə qədər çox olsaq, bizim dövlət rəhbərliyinin xaricdəki vətəndaşlarımızın hüquqlarını qoruması üçün o qədər rəsmi əsası olacaq. İndi Krımda bütün rus xalqının və bizim Böyük Rusiyamızın taleyi həll olunur”, - deyə, təşkilatçılar bildirib.

Qaynar.info