Dünya 11:57 12.04.2018

Rusiya Misirə qoyduğu uçuş qadağasını ləğv etdi

Rusiya Misirə tətbiq etdiyi uçuş qadağasını 30 ay sonra aradan qaldırıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Aeroflot"a aid 400 saylı təyyarə Misirin paytaxtı Qahirəyə eniş edib. Təyyarədə 120 nəfər sərnişin olub. Bu gün Qahirədən Moskvaya da ilk uçuş gerçəkləşdiriləcək. İki şəhər arasında həftədə 6 hava səfəri həyata keçiriləcək. 

Qeyd edək ki, bu ölkəyə təşkil edilən səfərlər 2015-ci ildə Rusiyaya aid sərnişin təyyarəsinin havada partlayıb qəzaya uğramasından sonra qadağan edilmişdi.

Gülşən