Xəbər lenti

Dünya 16:51 24.04.2024

Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir

Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbsinin əsl səbəbinin dövlətə xəyanətdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Vajnıye istorii” bir-biri ilə əlaqəsi olmayan FSB-yə yaxın iki mənbəyə istinadən məlumat yayıb.

"Rüşvət camaat üçündür. Hələlik onlar dövlətə xəyanət haqqında açıq danışmaq istəmirlər - bu, böyük qalmaqaldır: axı, necə də olmasa müdafiə nazirinin müavinidir”, - mənbələrdən biri deyib.

"Heç kim onu korrupsiyaya görə saxlamazdı. Orada [Kremldə] hamı bu barədə çoxdan bilirdi. Putin bunun məhz vətənə xəyanət məsələsi olduğuna inandıra bildikdən sonra əmr verib”, – başqa mənbə deyir.

Rusiya hüquq-mühafizə orqanlarının əlində uzun illərdir ki, İvanovla bağlı kompromatlar var. İstintaq Komitəsinin (İK) müstəntiqi bu barədə hələ 2017-ci ildə nəşrin baş redaktoru Roman Aninə danışıb. Onun sözlərinə görə, İstintaq Komitəsinin topladığı materiallar İvanovun "Oboronstroy”un rəhbəri kimi fəaliyyəti ilə bağlı olub. Lakin həmin vaxt Rusiya rəhbərliyi bu materialların ortaya çıxmasına icazə verməyib: Şoyqu İvanovun müdafiəsinə qalxıb.

"O, şəxsən Yuryevə (FSB-nin Hərbi əks-kəşfiyyat idarəsinin rəisi - Red.) zəng edib və FSB-nin onun yaxının ətrafında iş apardığına görə onu söyüb", - İstintaq Komitəsinin müstəntiqi bildirib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, FSB-nin Hərbi əks-kəşfiyyat idarəsi İvanova qarşı hazırkı işə operativ dəstək verməklə məşğuldur. "İndi onlar onunla nə edəcəklərinə qərar verirlər: ya onu rüşvətə görə həbs edəcəklər və zonada "bitirəcəklər”, ya da ittihamı vətənə xəyanət kimi qiymətləndirəcəklər”, - FSB-yə yaxın mənbə deyir.

Xatırladaq ki, Timur İvanov aprelin 23-də iş yerində saxlanılıb, bundan bir qədər əvvəl o, Sergey Şoyqunun rəhbərliyi altında Müdafiə Nazirliyinin kollegiyasında iştirak edib. Forbes mənbəsi iddia edir ki, İvanovun təqibi Şoyqunun mümkün gedişindən əvvəl "nazirin yaxınlarının təmizlənməsi”dir.

Artıq çərşənbə günü Moskvanın Basmannı məhkəməsi onu xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə (RF-nın Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi; səkkiz ildən 15 ilədək həbs) istintaq təcridxanasına göndərib. Onun dostu Sergey Borodin də eyni iş üzrə həbs edilib. Müstəntiqlərin fikrincə, İvanov və Borodin "Müdafiə Nazirliyinin ehtiyacları üçün podrat və subpodrat işlərini yerinə yetirərkən” əmlakla xüsusilə külli miqdarda rüşvət almaq üçün üçüncü şəxslərlə iş birliyi qurublar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->