İdman 14:41 09.12.2019

Rusiya olimpiada və DÇ-lərdən məhrum olundu

Rusiya böyük yarışlarda - olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi qərar verib.

Rusiya həmçinin 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum olunub. Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil edilib.