Dünya 11:45 23.07.2018

Rusiya ordusu Ermənistanda taktiki təlimlərə başlayıb

Rusiya ordusu Ermənistandakı hərbi bazasında taktiki təlimlər başlayıb. 

Qaynarinfo TASS agentliyinə istinadən xəbər verir ki, təlimlərə 3 mindən çox hərbi qulluqçu qatılıb. Hərbi bazadakı əsgərlər həyəcan siqnalı ilə ayağa qaldırılıb. 

Təlimlərdə motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri iştirak edir. Təlimlər Kamxud və Alagöz poliqonlarında keçirilir.

Təlimlərə 500-ə qədər hərbi texnika, hava hücumundan müdafiə qüvvələri, "MiQ-29” təyyarələri, "Mi-24", "Mi-8 MTŞ" və pilotsuz aviasiya cəlb edilib.