Dünya 17:04 31.10.2017

Rusiya PKK-nı Konqresə dəvət etdi

Qazaxıstanın paytaxtı Astanada keçirilən və Suriya məsələsinin müzakirə edildiyi Astana zirvəsinin 2-ci günündə Rusiya gözlənilməz addımla çıxış edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Rusiya PKK terror təşkilatının Suriya qolu olan YPG-ni Suriya Xalqları Konqresinə dəvət edib. 

Bildirilir ki, Rusiyanın Suriya xüsusi nümayəndəsi Aleksandr Lavrentiev Astana zirvəsində çıxış edib və onun konqresin yeri və zamanı barədə məlumat verəcəyi gözlənilir. Soçi şəhəri konqresin keçiriləcəyi məkan hesab edilir. 
 
YPG sözçüsü Badran Jia Kürd görüşə müsbət yanaşdıqlarını bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən ay iştirak etdiyi konfransda konqres barədə söz açmışdı. 

Astana görüşündə Suriyanın hökümət və müxalif qüvvələri, həmçinin Türkiyə, Rusiya və İran da iştirak edir.

Gülşən
Qaynarinfo.Az