Dünya 17:38 06.02.2018

Rusiya NATO sərhəddinə nüvə raketi yerləşdirdi

Rusiya NATO üzvü olan Polşa və Litva ilə sərhəd Kalininqrada İsgəndər nüvə raketlərini yerləşdirib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Litva müdafiə nazirliyi 2016-cı ildə bölgəyə gətirilən raketlərin artıq daimi olaraq buraya yerləşdirildiyini deyib. Rusiya müdafiə nazirliyi isə məsələyə münasibət bildirərək addımın hərbi təlimlərin tərkib hissəsi olduğunu və raketlərin daha əvvəl də yerləşdirildiyini vurğulayıb. 

NATO-da "SS-26 Stone" adlandırılan İsgəndər raketinin uzunluğu 7,2 metr, müharibə başlığının çəkisi 480 kq-dır. Müasirləşdirilmiş "İngəndər-M" nüvə müharibə başlığına sahibdir. Raket hədəfdən maksimum 15 m kənarda düşə bilər.

Gülşən