Video 11:52 17.01.2020

Rusiya sərnişin təyyarəsi naməlum səbəbdən istifadəsiz zolağa endi (VİDEO)

Sabetta (Yamal) reysinin sərnişinlərindən biri "İrAero” Moskva aviakompaniyasına məxsus təyyarənin Domodedovo aeroportunun istifadə olunmayan uçuş zolağına endirildiyini telefonunun video yaddaşına köçürüb.

Qaynarinfo xəbər verir ki, REN TV-nin efirində yayımlanan kadrlarda təyyarənin zolağa necə endiyi əks olunub. 

Hadisə bir gün əvvəl baş verib: təyyarə Domodedovo Hava Limanı yaxınlığında istifadəsiz bir uçuş zolağına enib. İlkin məlumatlara görə, sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Hadisəylə bağlı istintaq öncəsi araşdırma başladılıb.

Alpər