Dünya 13:35 20.09.2018

Rusiya Suriya sahillərində hərbi əməliyyatlara başladı

Rusiya Aralıq dənizinin Suriya sahillərində hərbi əməliyyatlara başlayıb.

Qaynarinfo xəbər verir ki, bu səbəbdən qarşıdakı bir həftə ərzində hava məkanı və dəniz nəqliyyatı xətti bağlı olacaq.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə keçən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" hərbi təyyarəsi Suriya tərəfindən səhvən vurulub. Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.